Paçu danışa bilmir, Azər Bağırov isə...

19.09.2024 23:59 323
Aktual / Ölkə futbolu
“Turan Tovuz”un sabiq futbolçusu Paçunun yeni iş yeri bəlli olub.

Braziliyalı hücumçu bir müddət davam edən danışıqlardan sonra “Kəpəz”in təklifini qəbul edib. Onunla birillik müqavilənin imzalandığı deyilir.
Bəs Paçu hazırda “Kəpəz”in düşərgəsindədi? Daha dəqiq bilgi almaq üçün əvvəlcə futbolçu ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Hazırda Azərbaycandayam. Amma bu haqda danışmaq istəmirəm. Üzürlü sayın, sualınıza cavab verə bilmərəm”.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə transfer barədə bu sözləri dedi:

“Bəli, danışıqlar davam edir. Paçunun transferinə bu gün və ya sabah son nöqtə qoyulacaq”.

RÖYANƏ OĞUZ