Doğrudanmı Farajla fanatlar arasında münasibətlər baxımından hansısa problem var idi, yoxsa “Neftçi” rəhbərliyi, sadəcə, sərfəli təklifi dəyərləndirdi?
“Football-plus.az” olaraq, bu suala cavab tapmaq üçün “Forza Neftçi” fanklubunun üzvü Tural Alışovla əlaqə saxladıq:
“İmad Farajla bağlı azarkeşlərin heç bir problemi yox idi. O, bəyənilən futbolçu idi və xidmətlərinə görə klub da ona təşəkkür edib. Futboldu, belə şeylər olur. Yaxşı təklif gəlirsə və futbolçu da getmək istəyirsə, həmin təklifi dəyərləndirmək lazımdı. Bu məsələdə klub rəhbərliyini başa düşmək olar. Şəxsən mən belə düşünürəm ki, azarkeşlərin böyük əksəriyyəti də belə fikirdədi. Təbii ki, bütün azarkeşlərin adından danışmaq mümkün deyil, amma bu anlaşılan məsələdi. Kütləvi futbolçu gedişi olsa, onda müəyyən problemin olduğu hiss oluna bilər. Amma bir futbolçunun ayrılmasına görə belə bir problemin olduğunu iddia etmək mənasızdı və düzgün deyil. Yaxşı təklif olubsa və futbolçu da getməyə meyillidisə, təklifi dəyərləndirmək lazımdı. Futbolçu bir gün burda, başqa gün isə başqa klubda ola bilər. Normal haldı. Bir sözlə, azarkeşlərlə bağlı heç bir problem yoxdu”.
İSRAYIL XEYRULLAYEV






