MS-ni növbəti dəfə tərk etdi

17.08.2026 13:55 49
Dünya futbolu
Maks Alleyn növbəti dəfə “Mançester Siti”ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu müdafiəçini yenə icarəyə verib. 21 yaşlı futbolçu yeni mövsümün sonuna qədər “Bernli”də çıxış edəcək.

Alleyn ötən mövsümün ilk yarısında icarə əsasında “Uotford”da oynayıb. Çempionşipdə 16 matça çıxıb. “Mançester Siti”yə qayıtdıqdan sonra isə premier-liqada 2 oyunda meydana çıxıb.