Ferran Torresin PSJ-yə gözlənilən keçidi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın hücumçusu karyerasını Fransada davam etdirəcək. Paris klubunun rəsmi saytının xəbərinə görə, 26 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilədək müqavilə imzalanıb. Bu ilin dünya çempionu yeni komandasında “9” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, PSJ-nin baş məşqçisi Luis Enrike Ferranı yaxşı tanıyır. Futbolçu 2020-ci ildə məhz onun rəhbərliyi altında İspaniya yığmasında debüt edib. Torres ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Gözlənilən keçid rəsmiləşdi
Dünya futbolu





