Avstriyadan İtaliyaya yollandı

7.02.2025 16:08 266
Dünya futbolu
“Roma” yeni futbolçu transfer edib.

İtaliya klubunun rəsmi saytının məlumatına görə, paytaxt təmsilçisi “Zaltsburq”un yarımmüdafiəçisi Luka Qurna-Duatı heyətinə qatıb. “Roma” 21 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.

Luka yeni komandasında “27” nömrəli formanı geyəcək.