Vernidubdan şahanə addım! - “Neftçi”nin xərcə düşməsini istəmədi

9.01.2026 17:10 127
Ölkə futbolu / Manşet
"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub klub rəhbərliyini təəccübləndirb. Bu barədə “Neftçi Əzəməti” “feysbuk” profilində məlumat yayılıb.

“Footbal-plus.az” məlumatı təqdim edir.

Dekabrın 9-da 1,5 illik müqaviləyə imza atan ukraynalı baş məşqçi Yuri Vernidub onun üçün Bakının mərkəzində kirayələnmiş mənzilə köçməkdən imtina edib. 59 yaşlı mütəxəssis həmçinin gündəlik xidmət üçün nəzərdə tutulmuş maşına ehtiyac duymayıb.

Təcrübəli mütəxəssis bildirib ki, o və köməkçiləri klubu artıq xərcə salmaq fikrində deyil - onlar Bakıxanov qəsəbəsində yerləşən bazada qalacaqlar.

Vernidub deyib ki, hazırda komandada işləri kifayət qədər çoxdu, harasa getməyə, istirahət etməyə vaxtları yoxdu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul