Artem Dovbik böyük ehtimalla tezliklə “Jirona”nı tərk edəcək.
“Atletiko” ukraynalı futbolçunu transfer etməyə yaxındı. Tanınmış insayder Fabritsio Romanonun sosial şəbəkə hesabı vasitəsilə verdiyi xəbərə görə, tərəflər hazırda təzminatın ödənilməsi ilə bağlı yekun detalları razılaşdırmağa çalışırlar. Romano transferin madridlilərə 40 milyon avroya başa gələcəyini də xəbər verib. Bu, ukraynalı oyunçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğidi.
Dovbik artıq “Atletiko” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 41 matçda 25 qol vurub və İspaniya La Liqasında ən yaxşı 2-ci bombardir olub.