"Sumqayıt"ın futbolçularına milli dəvət

20.03.2026 16:27 18
Ölkə futbolu
“Sumqayıt”ın futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini müvafiq olaraq Dominikan Respublikası və Benin milli komandarına dəvət alıblar.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dominikan Respublikası CONCACAF Series-in ikinci mərhələsi çərçivəsində 27 və 30 mart tarixlərində El Salvador və Kuba ilə qarşılaşacaq. Benin millisi isə 27 və 31 mart tarixlərində Fələstin və Qvineya ilə yoldaşlıq görüşləri keçirəcək.