Xavi Səudiyyə Ərəbistanında işləyəcək?

26.05.2025 22:27 11
Dünya futbolu
Xavi Ernandes Səudiyyə Ərəbistanında işləmək imkanına malikdi.

İspaniyalı məşqçi bu ölkənin “Əl-Əhli” klubundan təklif alıb. Rəhbərlik komandanın almaniyalı çalışdırıcısı Mattias Yayssle ilə yolları ayırmağı planlaşdırır. Onun yerinə məhz Xavinin təyinatı nəzərdə tutulub.

Xatırladaq ki, Xavi ötən yay “Barselona”dan ayrılandan indiyədək işsizdi.