Çoxdan gözlənilən təyinat rəsmiləşib: Marselo Byelsa artıq Uruqvay yığmasının baş məşqçisidi.
Uruqvay Futbol Assosiasiyasının saytının məlumatında argentinalı mütəxəssisin komandanı DÇ-2026-nın seçmə mərhələsinə hazırlayacağı bildirilib.
Başqa sözlə, 67 yaşlı çalışdırıcı yeni komandasına növbəti üç ildə başçılıq etmək hüququ qazanıb. Byelsanın milli komandalara üçüncü dəfə təyin olunduğunu da bildirək. O, daha əvvəl Argentina (1998-2004) və Çili (2007-2011) yığmalarını çalışdırıb. Onun sonuncu iş yeri 2022-ci ilin fevralında ayrıldığı “Lids” olub.