Pol Poqba yayda sıralarına qoşulduğu “Monako”da hələ debüt edə bilməyib.
"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Sebastyen Pokonyoli zədəli futbolçu ilə bağlı açıqlama verib.
O, Poqbanın yenidən forma geyəcəyi tarixin hələlik qeyri-müəyyən olduğunu deyib. Baş məşqçi 32 yaşlı yarımmüdafiəçinin qayıdışı ilə bağlı danışarkən ehtiyat edib. O, hadisələri qabaqlamaq istəmədiyini və futbolçunun tam hazır olduğu vaxt meydana çıxacağını bildirib.
Xatırladaq ki, oktyabrın sonlarında məşq zamanı növbəti dəfə zədələnən dünya çempionu hələ ki “Monako”nun forması ilə rəsmi matça çıxmayıb.