"Zirə" hücumçusuyla yolları ayırdı

19.02.2025 12:51 240
Ölkə futbolu
“Zirə" futbolçusu Filip Paxtmanla yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, hücumçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Zirə" futbolçuya göstərdiyi xidmətlətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Braziliyalı futbolçu 2021-ci ilin yayında “Zirə”yə keçib. Amma onun Azərbaycandakı karyerası tez-tez zədələndiyi uğurlu olmayıb.