İnzaqi harda qərar tutacaq?

22.11.2026 17:45 0
Dünya futbolu
Simone İnzaqi bir neçə aydan sonra iş yerini dəyişməyi lazım bilib.

"Football-plus.az" xəbər verir ki, o, baş məşqçisi olduğu Səudiyyə Ərəbistanı “Əl-Hilal”ını tərk etmək qərarına gəlib. İnsayder Nikolo Skiranın məlumatına görə, italiyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olacaq müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, “İnter”in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında ilə 26 milyon avro məvacib alır. İnzaqi “Əl-Hilal”a 2025-ci ilin yayından rəhbərlik edir. Komanda hazırda Pro Liqanın turnir cədvəlində liderlik edir. Paytaxt təmsilçisi 11 oyuna 30 xal qazanıb.