“Real”da daha bir gözlənilən hadisə baş verib: Luka Modriçlə müqavilə yenilənib.
38 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub. Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, ötən mövsüm komanda ilə bütün turnirlərdə 46 matça çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Xorvat futbolçunun klubla əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi.
Daha əvvəl mətbuatda Modriçin “Real”da qalmaq üçün digər klublardan gələn təklifləri rədd etdiyi bildirilmişdi.