“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan ÇSKA azarkeşlərinə müraciət edib.
“Football-plus.az”ın məlumatına görə, Sofiya təmsilçisi sosial şəbəkə hesabları vasitəsilə tərəfdarlarını bilet almağa çağırıb:
“Avropa bizim səhnəmizdi. ÇSKA məhz belə oyunlar üçün qurulub. Bilet alın və stadionu qırmızı rəngə boyayın!”.
Xatırladaq ki, bu cütün “Tofiq Bəhramov”da keçirilən ilk matçında qolsuz heç-heçə qeydə alınıb. Cavab oyunu bu gün, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
KƏNAN BAHADIR