Belçika klubunda istefa

21.03.2025 17:53 5
Dünya futbolu
“Anderlext” baş məşqçi David Huberti istefaya göndərib.

"Football-plus.az" xəbər verir ki, Belçika klubu bu vəzifəyə Besnik Hasini təyin edib. Onunla müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Hubertin rəhbərliyi altında 2024-cü ilin sentyabrından 33 oyun keçirən komanda bu mövsüm Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb.

“Anderlext” ölkə çempionatının birinci mərhələsini 51 xalla 4-cü yerdə başa vurub.