“Araz-Naxçıvan” Misli premyer-liqasının 8-ci turunda “Səbail”i qəbul edəcək.
Muxtar Respublika təmsilçisinin qarşılaşmayla bağlı çətinliklə üzləşdiyini xəbər vermişdik. Belə ki, komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” ot örtüyünün yararsız hala düşməsi üzündən təmirə bağlanıb. İndi klub başqa stadion axtarışındadı.
“Qırmızı-ağların mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Football-plus.az”a verdiyi məlumata görə, bu yöndə səylər hələ ki nəticə vermir. Ona görə ki, paytaxtda boş stadion yoxdu. Böyük ehtimalla matç “Səbail”in meydanında, yəni “ASCO Arena”da baş tutacaq. Təbii ki, Bayıl təmsilçisi razı olsa...
Qeyd edək ki, bu oyun sentyabrın 27-si, saat 19.00-da başlayacaq.
KƏNAN BAHADIR