Van Der Vaart: ''Real'' ''Barselona''nı cəzalandıracaq''

25.10.2026 17:33 90
Dünya futbolu
Sabiq niderlandlı futbolçu Rafael van der Vaart bazar günü baş tutacaq böyük maraqla gözlənilən ''El Klasiko'' ilə bağlı fikirləri ilə bölüşüb.

Bir dönəm ''Real''da top qovmuş Van Der Vaartın fikrincə, ''Barsa'' daha yaxşı oynasa da, çox top itkilərinə yol verir və ''kral klubu'' bundan yararlanacaq:

''Ümid edirəm ki, qələbə ''Real''ın olacaq. Düzdü, ''Barselona'' daha yaxşı futbol sərgiləyir. Ancaq kataloniyalılar top itkilərinə çox yol verirlər. ''Real'' da bundan faydalanaraq önəmli əks-hücumlar təşkil edə bilər. Məncə, ''Real'' bu şəkildə ''Barsa''nı cəzalandıracaq. ''Real'' Joze Mourinyo ilə sanki bir qələbə maşınına çevrilib. Oyunçular baş məşqçi üçün meydanın hər qarışı uğrunda mübarizə aparmağa və əllərindən gələni etməyə hazırdılar. Komandada Mourinyonun tərzi artıq açıq-aydın görünür. ''Real'' koordinasiyalı və intizamlı oynayır. Bəzən qalib gəlmək üçün yaxşı oynamağa ehtiyac yoxdu. Əsas odu ki, qələbə qazanasan''.