"Sabah" - "Qarabağ" matçında mötəbər qonaqlar - İnfantino və Verger!

25.10.2026 18:58 117
Ölkə futbolu
Misli premyer-liqasının 9-cu turunun “Sabah” - “Qarabağ” oyununu izləyənlər arasında mötəbər qonaqlar da var.

"Football-plus.az" xəbər verir ki, FİFA prezidenti Canni İnfantino və qurumun qlobal futbol inkişafı departamentinin rəhbəri Arsen Venger də AFFA prezidenti Rövşən Nəcəflə birgə qarşılaşmaya Mərdəkandakı “Sabah Arena”da canlı baxırlar.

İnfantino və Venger Bakıda keçirilən U-15 dünya çempionatına görə ölkəmizdə səfərdədilər.