Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günündə bir güləşçimiz qızıl medal qazanıb, digər idmançımız isə final görüşünə çıxacaq.
55 kq çəki dərəcəsində dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.
77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.
Bundan başqa bu gün 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.
72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
İdman




