“Neftçi” – “Sabah” matçında anşlaq olacaqmı? – açıqlama

2.04.2025 14:59 323
Ölkə futbolu / Aktual
“Neftçi” bu gün ölkə kubokunun yarımfinal oyununda “Sabah”la qarşılaşacaq. “Neftçi Arena”da keçiriləcək oyun saat 19.30-da başlayacaq.

Bəllidi ki, Misli premyer-liqasında uğursuz mövsüm keçirən paytaxt təmsilçiləri avrokuboklara yollanmaq üçün gözünü kuboka dikib. Bu baxımdan ilk matçda qazanılacaq nəticə xüsusi əhəmiyyət daşıyır. Bəs, azarkeşlər tərəfindən belə vacib oyuna maraq varmı?

“Football-plus.az” bu sualla “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdi. O, saytımıza açıqlamasında bu gün saat 14.00-da qədər 2000 biletin satıldığını, oyun başlayana kimi bu rəqəmin arta biləcəyini dedi.

Yeri gəlmişkən, biletlərin qiyməti sektordan asılı olaraq, 2, 3, 5, 15 və 20 manatdı. Yəni “Neftçi” bu oyun üçün biletlərin qiymətində endirim edib. Daha öncə üç kateqoriya üzrə bilet qiymətləri 3, 5 və 10 manat idi.

Xatırladaq ki, “Neftçi Arena” 11000 yerlikdi.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul