"İmişli" ilk yoxlama oyununu keçirdi

19.07.2025 17:25 38
Ölkə futbolu
Yeni mövsümdən premyer-liqada çıxış edəcək “İmişli” bu gün ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi “Araz-Naxçıvan”ın əvəzediciləri ilə qarşılaşıb.

Oyun “İmişli”nin qələbəsi ilə yekunlaşıb – 2:1. "İmişli" “Sumqayıt”, “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə də qarşılaşacaq.