Olavale Doeni "Karvan"da - rəsmi

24.07.2025 20:30 16
Ölkə futbolu
"Karvan" növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yevlax təmsilçisi Olavale Doeni ilə anlaşıb. 20 yaşlı nigeriyalı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb. Onun son klubu ölkəsinin "Plato Yunayted"i olub.