"Karvan-Yevlax" Emini icarəyə götürdü - RƏSMİ

14.01.2026 11:34 15
Ölkə futbolu
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, "Səbail"dən Emin Rüstəmov icarəyə götürülüb. 21 yaşlı müdafiəçi mövsümün sonuna qədər Yevlax klubunda çıxış edəcək. U-21 millimizin üzvü olan Rüstəmov bu mövsüm "Səbail"in heyətində 9 oyunda iştirak edib.

"Karvan-Yevlax" bu qış Rauf Rüstəmli və Samir Abdullayevi də heyətinə cəlb edib.