Maradonanın xatirəsinə xüsusi sikkə buraxıldı

7.11.2025 14:06 8
Dünya futbolu
Argentinada Dieqo Maradonanın xatirəsinə növbəti layihə həyata keçirilib.

"Football-plus.az" xəbər verir ki, əfsanəvi futbolçunun 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu qola həsr olunan xatirə sikkəsi buraxılıb.

Bu barədə Argentina Mərkəzi Bankı məlumat yayıb. Sikkənin buraxılışı həm həmin tarixi epizodun 40 illiyi, həm də 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində FİFA-nın beynəlxalq xatirə sikkələri proqramı daxilində həyata keçirilib. Gümüş versiya 925 əyarlı metaldan hazırlanıb və 10 dollar nominal dəyərindədi. Çəkisi 27 qram, diametri isə 40 millimetrdi. Sikkənin ön tərəfində futbolun rəmzi olan top, arxa tərəfində isə Maradonanın İngiltərəyə vurduğu tarixi qola aparan kombinasiyanın sxematik təsviri əks olunub.

Xatırladaq ki, dünya şöhrətli sabiq hücumçu 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. O, DÇ-1986-nın 1/4 finalında İngiltərənin qapısına iki dəfə yol tapıb. Maradona qollardan birini meydanın mərkəzindən topla irəliləməklə vurub. Britaniyalılara 2:1 hesabıyla qalib gələn Argentina finalda AFR yığmasını 3:2 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Maradonanın milli komanda ilə DÇ-1990-ın gümüş mükafatçısı olduğunu da xatırladaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul