“Bayquşlar” iki azarkeşini Avropaya aparacaq - derbiyə nə qədər bilet satılıb?

16.05.2026 17:54 131
Ölkə futbolu / Aktual
Xəbər verdiyimiz kimi, Misli premyer-liqasının 32-ci turunun son matçı paytaxt derbisidi. Söhbət bazar günü “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan gedir.

Masazır təmsilçisi tribunalara daha çox azarkeş cəlb etmək məqsədilə maraqlı addım atıb. Belə ki, oyunu stadiondan izləyən iki azarkeş “Sabah”, “Bank Respublika” və “Azərlotereya”nın dəstəyi ilə komandanın Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq. Oyundan iki saat əvvəl azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək. Oyundan sonra tanınmış “Qara Dərviş” qrupunun iştirakı ilə şou proqram keçiriləcək. Həmçinin “Sabah”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

“Bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a verdiyi məlumata görə, matç üçün indiyə qədər 2500 bilet satılıb. Xatırladaq ki, biletləri “iticket.az” saytından, oyun günü isə “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündü.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul