Het-trik etdi, ən yaxşı oyunçu seçildi

5.11.2022 20:55 366
Dünya futbolu
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Kevin Folland qrup mərhələsinin 6-cı turunda hamını arxada qoyub. “Monako”nun 30 yaşlı hücumçusu azarkeşlər arasında keçirilən səsvermədə Aytor Ruibalı (Betis), Anders Dreyeri (Midtüllann) və Lorentso Pelleqrinini (Roma) qabaqlayıb.

Xatırladaq ki, Folland Avroa Liqasının sonuncu turunda “Srvena Zvezda” ilə matçda komandasının 4:1 hesablı qələbəsində 3 qol vurmaqla rol oynayıb.