“The Guardian” 2022-ci ilin ən yaxşı futbolçusunu seçib. Nəticə heç kimdə təəccüb doğurmayıb.
PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi oxucular arasında keçirilən sorğuda 1-ci yeri tutub. Onun həmklubu olan Fransa yığmasının hücumçusu Kilian Mbappe 2-ci, “Real”ın fransalı forvardı Kərim Benzema isə 3-cü yeri tutub. İlk “10-luğ”a düşən futbolçuların sıralaması belə olub: Erlinq Holann (“Mançester Siti”, Norveç), Luka Modriç (“Real”, Xorvatiya), Kevin De Bruyne (MS, Belçika), Robert Levandovski (“Barselona”, Polşa), Vinisius Junior (“Real”, Braziliya), Tibo Kurtua (“Real”, Belçika), Məhəmməd Salah (“Liverpul”, Misir).
Yeri gəlmişkən, Messi istirahətini başa vurub. “Ekip” nəşrinin xəbərinə görə, argentinalı hücumçu PSJ ilə məşqlərə qayıdıb. Qeyd edək ki, Lionel Fransa kubokunun 1/16 finalının yanvarın 23-də keçirilən “Pes de Kassel”lə matçını buraxmışdı. Məşqçilər heyəti ona istirahət vermişdi. 35 yaşlı dünya çempionu bir neçə günü ailəsi ilə birlikdə Alp dağlarında keçirib.