Stiv Klark artıq Şotlandiya yığmasını çalışdırmır. O, baş məşqçi vəzifəsindən istefa verib.
"Football-plus.az" xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssis komandasının DÇ-2026-dakı uğursuz çıxışına görə istefa verib. Şotlandiya mundialda Braziliya, Haiti və Mərakeşlə bir qrupda mübarizə aparıb. 3 xalla 3-cü yeri tutan komanda qrupdan çıxa bilməyib.
Klark yığmaya 2019-cu ildən rəhbərlik edirdi. O, komandanı 28 illik fasilədən sonra dünya çempionatına çıxarmışdı.