Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov istefa verib.
"Football-plus.az" xəbər verir ki, bu haqda Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssis milli komandaya 2023-cü ildən rəhbərlik edirdi. Ukrayna yığması onun başçılığı altında 2024-cü ildə keçirilən Avropa çempionatında iştirak etmiş, qrup mərhələsini keçə bilməmişdi. Ukrayna DÇ-2026-ya vəsiqə qazana bilməyib. Komanda pley-offda İsveçə 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Rebrov daha əvvəl “Əl-Ayn”, “Ferentsvaroş”, “Əl-Əhli” və “Dinamo”nu (Kiyev) çalışdırıb.