"Kəpəz"də ilk müqavilə

19.06.2023 10:10 262
Ölkə futbolu
"Kəpəz" futbolçusu Elçin Əlicanovla müqaviləni yeniləyib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçinin yeni sözləşməsi 1 illikdir. Bu, yay fasiləsində "Kəpəz"də ilk müqavilə olub.

24 yaşlı futbolçu ötən mövüm Misli premyer-liqasında 33 oyunda iştirak edib.

Qeyd edək ki, Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç və Giorgi Kantariya ilə yolları ayıran "Kəpəz" hələlik transfer etməyib.