"Neftçi" Serbiya klubuna qarşı - YENİLƏNİR

19.01.2023 11:15 261
Premyer-liqa
“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Football-plus.az xəbər verir ki, Laurentsiu Regekampf komandası Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

“Calista Sport Center”də baş tutacaq görüşə Bakı vaxtı ilə saat 18.00-da start veriləcək.

Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Bakıya qayıdacaq.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.