"Sabah"dan 4-cü transfer: Xəbərimiz təsdiqləndi

8.07.2023 10:47 257
Premyer-liqa
"Sabah" növbəti transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisi Lüksemburq millisinin üzvü Vensan Tilli transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Son klubu "Vorskla" olan Till karyerası ərzində ölkəsində "Fola", "Niderekorn", "Rodanj", Fransada "Mets", "Pau", "Orlean", Portuqaliyada "Nasional", İsveçdə "Erebru" və AİK-də çıxış edib.

Qeyd edək ki, "Sabah"ın bu futbolçynu transfer edəcəyini ilk olaraq "Futbol+" yayıb.