“Kayzerslautern” qələbə qazandı, Mahir isə…

15.02.2026 11:59 25
Dünya futbolu / Aktual
2-ci bundesliqada mübarizə aparan “Kayzerslautern” ötən gün 3 oyunluq qələbəsizlik seriyasına son qoyub. “Qırmızı iblislər” evdə “Qröyter Fürt”ü minimal hesabla məğlub edib – 1:0.

Mahir Emreli yenə də meydana çıxmayıb. Həmvətənimiz məşqləri bərpa etsə də, hələ də iştirak ərizəsinə düşə bilmir.

Qeyd edək ki, “Kayzerslautern” 34 xalla 6-7-ci yerləri bölüşür.

MÜZƏFFƏR QULUZADƏ