"Neftçi" yerli futbolçusunu geri qaytardı - RƏSMİ

22.06.2022 20:09 454
Premyer-liqa
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

O, “Neftçi”də 17 nömrəli formanı geyinəcək.

Klubla 2023/24 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində flaqmanın heyətində 166 oyuna çıxıb, 16 qol vurub.