"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı

17.07.2025 11:52 20
Ölkə futbolu
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da start götürəcək.