“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

6.02.2024 10:31 198
Ölkə futbolu
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov ölkə çempionatlarında 250-ci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, onun yubiley matçı premyer-liqanın21-ci turunda baş tutub.

“Səbail”lə səfər qarşılaşmasında meydançaya çıxan 33 yaşlı müdafiəçi indiyə qədər 4 qola imza atıb. Millimizin üzvü premyer-liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.

Qeyd edək ki, Bədavi Hüseynov ölkə çempionatında 2011/12 mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) ilk dəfə “Sumqayıt”ın heyətində meydançaya çıxıb.