Ayın ən yaxşı qolunun müəllifinə mükafat

24.12.2025 16:30 5
Ölkə futbolu
1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Mingəçevir"in üzvü Seymur Məmmədov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, futbolçuya mükafatı 12-ci turun "Mingəçevir" - "Şahdağ Qusar" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.