“Kəpəz”in yeni çalışıdırıcısı müəyyənləşdi

1.09.2024 12:51 358
Premyer-liqa
“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.

“Football-plus.az” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. “Sarı-göylər"i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb. Azər Bağırov son olaraq "Araz-Naxçıvan" klubunda fəaliyyət göstərib.

Xatırladaq ki, Gəncə təmsilçisi avqustun 29-da baş məşqçisi Adil Şükürovu uğursuz nəticələrə görə istefaya göndərib. Hazırda "Kəpəz" premyer-liqada 10 komanda arasında sonuncu yeri tutur. Komanda bu mövsüm keçirdiyi 5 oyunun hamısında uduzub.