“Cəbrayıl”a yeni baş məşqçi təyin edildi

4.07.2024 17:11 347
Ölkə futbolu
Elhad Nəziri "Cəbrayıl"nın baş məşqçisi təyin edilib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib. Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl”la Region Liqasının qalibi və 2-ci liqanın gümüş medalçısı olub.

Xatırladaq ki, daha əvvəl "Cəbrayıl"ın baş məşqçiai olmuş Cavid Hüseynov isə yeni mövsümdə "Turan Tovuz"da Kurban Berdəyevin köməkçisi kimi çalışacaq.