"Zirə" Renato ilə müqavilənin müddətini uzatdı

28.04.2025 18:16 5
Ölkə futbolu
“Zirə” futbolçusu Ruan Renato ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşməyə əsasən, braziliyalı oyunçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyir.