"Neftçi"nin legioneri milliyə çağırıldı

16.12.2025 23:12 10
Ölkə futbolu
"Neftçi"nin futbolçusu Sessi D’Almeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sessi D qrupunda Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə görüşlər üçün yığmaya çağırılıb.

Afrika Millətlər Kuboku dekabrın 21-də start götürəcək.