"Portuqaliyalı, türkiyəli, ingiltərəli və iki yerli mütəxəssislə danışıq aparırıq" - "İmişli"ni kim çalışdıracaq?

16.06.2025 09:36 55
Aktual / Ölkə futbolu
2025/26 mövsümündə premyer-liqada mübarizə aparacaq "İmişli"ylə bağlı cavabsız suallar çoxdu. Hələ bölgə təmsilçisinin baş məşqçisinin kim olacağı, ev oyunlarını hansı stadionda keçirəcəyi və komandanın formalaşdırılması yönündə ilk addımların nə vaxt atılacağı bilinmir.

Klubun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxlayıb bu məsələlər haqda məlumat aldıq. Onun "Football-plus.az"a cavabı:
"Hazırda portuqaliyalı, türkiyəli, ingiltərəli və iki yerli mütəxəssis ilə danışıq aparırıq. Hər birinin PRO kateqoriyası var. Bu gün yalnız Fərid Namazovda həmin kateqoriyadan yoxdu. İdarə Heyəti iyunun 20-dən sonra bir araya gələcək. Həmin görüşdə baş məşqçiylə bağlı yekun qərar veriləcək. Stadionla da bağlı dəqiq qərar verilməyib. AFFA-dan bizə Heydər Əliyev adına İmişli şəhər stadionunun hüquqi məsələləriylə bağlı yardım edəcəkləri bildirilib. Federasiyaya təşəkkür edirik. Bəlliidi ki, İmişlini təmsil edirik və ən böyük arzumuz ev oyunlarını doğma şəhərdə keçirməkdi. Ev matçlarını müvəqqəti başqa stadionlarda keçirə bilərik. Başqa klublar kimi bizim də buna haqqımız var".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul