“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" saytının məlumatına görə, Masazır təmsilçisi ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə bağlayıb.
“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.
Qeyd edək ki, Aleksey, həmçinin Ukraynanın U-21 millisinin üzvüdü.