Daha bir millimizin rəqibləri müəyyənləşdi

6.12.2024 14:18 346
Ölkə futbolu
Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/25 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində yığmamızın da rəqibləri müəyyənləşib.

B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.