Millimizin rəqibləri bilindi

6.12.2024 12:30 314
Ölkə futbolu
Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/25 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində yığmamızın da rəqibləri müəyyənləşib.

B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.