"Sabah"ın hücumçusu əməliyyat olundu

13.11.2025 11:00 5
Ölkə futbolu
"Sabah"ın hücumçusu Pavol Şafranko əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slavakiyalı futbolçu İspaniyada diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.

Futbolçunun bərpa müddəti və meydana qayıdacağı tarix hələlik bəlli deyil.