Əməliyyatı uğurla keçdi

17.10.2024 19:23 321
Dünya futbolu
Duvan Sapata əməliyyat olunub.

“Torino”nun hücumçusu dizinin xaçvarı bağlarında və menisk əməliyyatına məruz qalıb. Cərrahi müdaxilə uğurla keçib. Sapata A seriyasının “İnter” ilə matçında (2:3) zədə almışdı. O, Fransanın Lion şəhərindəki klinikalardan birində əməliyyat olunub.
Duvan bu mövsüm İtaliya çempionatında meydana çıxdığı 7 oyunda 3 qol vurub.