"Sabah"ın futbolçusu əməliyyat olundu

13.06.2025 15:58 15
Ölkə futbolu
“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyatın uğurla gerçəkləşdiyi bildirilib.

Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsümdə "Sabah"da 10 oyuna çıxıb.