“Sabah” Abşerondan 52 uşaq seçdi

17.05.2024 11:40
Ölkə futbolu
“Sabah” Futbol Akademiyasının “Azərlotereya”nın təşkilatçılığı ilə Abşeron İdman Olimpiya Kompleksində keçirilən seçimlərinə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, 2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiyaya maraq çox böyük olub.

Seçimlərdə 600-dən çox azyaşlı iştirak edib, 52 uşaq seçimlərin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.